20 noyabr 2012 00:27
Cihansız Erciyesspor qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 12-ci turu çərçivəsində “Konyaspor”la qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Amma Özkaranın komandası daha inamlı oyun sərgiləyərək, çətin səfərdən qələbə ilə qayıdıb.
Bu görüşdə Cihan forma geyməyib. Baş məşqçi Osman Özköylü ona heç ilk "18-lik"də də şans verməyib.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan 12 oyuna topladığı 24 xalla birinci yerdə gedir.
PTT birinci liqası
12-ci tur
19 noyabr
Konyaspor – Erciyesspor - 0:2
