18 noyabr 2012 19:49
İnter qalib gəldi, Simurq Qarabağa, XL Bakıya məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 13-cü turun növbəti oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Öncə “Bakı” ilə “Xəzər Lənkəran” qarşılaşıb. Meydan sahibləri iki cavabsız qolla qalib gəliblər. Ardınca daha bir prinsipial görüşdə “Qarabağ”la “Simurq” üz-üzə gəlib. Elə bu görüşdə də meydan sahibləri 3 xala sevinən tərəf olub. Günün son oyununda isə “İnter” “Turan”ı məğlub yola salıb.
Öncə “Bakı” ilə “Xəzər Lənkəran” qarşılaşıb. Meydan sahibləri iki cavabsız qolla qalib gəliblər. Ardınca daha bir prinsipial görüşdə “Qarabağ”la “Simurq” üz-üzə gəlib. Elə bu görüşdə də meydan sahibləri 3 xala sevinən tərəf olub. Günün son oyununda isə “İnter” “Turan”ı məğlub yola salıb.
Qeyd edək ki, turun açılış matçında son çempion “Neftçi” “Sumqayıt”la qarşılaşmışdı və 8:1 hesabıyla qalib gəlmişdi.
Topaz Premyer Liqası
13-cü tur
18 noyabr (bazar)
İNTER – TURAN - 2:0 (1:0)
Qollar: S.Zərgərov, 7 (1:0), B.Tsxadadze, 55 (2:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov.
Bakı. “Şəfa” stadionu.
Oyun başladı
7. Samir Zərgərov dəqiq zərbə ilə hesabı açır - 1:0
29. Baçana topu qapıçının başı üzərindən qapıya göndərmək istəsə də, dəqiq oynamır
30. B.Tsxadadze sarı vərəqə ilə cəzalanır
35. S.Ballo komandasının təhlükəli hücumunu qolla tamamlaya bilmir
44. H.Əliyevin uzaqdan zərbəsini qapıçı tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "İnter"də N.Hacıyevi A.Məmmədov əvəzləyir
47. Meydan sahibləri fasilədən dərhal sonra ikinci qolu vurmağa yaxın olsalar da, son anda top qapıdan azca yan keçir
50. "Turan" hücumda istədiyi oyunu sərgiləyə bilmir
55. Cinahdan ötürməni B.Tsxadadze dəqiq zərbə ilə tamamlayır - 2:0
65. "İnter" oyuna nəzarəti tam olaraq rəqibə verib və sadəcə əks-hücum üçün imkan axtarır
66. H.Əliyevi İ.Beraya əvəzləyir
67. "İnter"in daha bir təhlükəli hücumu zamanı qonaqların bəxti gətirir
70. Bakılıların korner vuruşu uğursuz alınır
74. A.Popoviç vaxtında irəli çıxaraq komandasını növbəti qoldan xilas edir
75. S.Ballonu N.Kvirtiya əvəzləyir
78. F.Quliyevin uzaqdan zərbəsini Lomaya çətinliklə də olsa, dəf edir. M.Ağakişiyevin təkrar zərbə vurmasına yenə qapıçı mane olur
80. V.Levin sarı vərəqə alır
81. F.Quliyevin başla zərbəsi qapıdan yan keçir
82. B.Tsxadadzeni R.Mansurov əvəzləyir
83. M.Rəhimov sarı vərəqə ilə cəzalanır
85. R.Mansurov az qala meydana çıxan kimi qol vuracaqdı. Son anda Popoviç əla oynayır
86. "Turan"ın qapısı qarşısında növbəti təhlükə: yenə Popoviç komandasını qoldan xilas edir
87. "İnter"in korner vuruşu zamanı Abdulayın baş zərbəsini yenə Popoviç kornerə çıxarır
89. A.Abatsiyevi C.Diniyev əvəzləyir
90. B.Abdulay da sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. S.Zərgərovun zərbəsi dirəkdən dönür
90+1. A.Məmmədovu F.Əliyev əvəzləyir
Matç başa çatdı
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 77. Ramil Mansurov, 13. Coşqun Diniyev.
TURAN: 28. Andrey Popoviç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 14. Ender Günlü, 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç, 21. Antonio Rukavina.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 8. Budaq Nəsirov, 13. Marius Kazlauskas, 17. Fərmayıl Əliyev, 19. Asəf Qədiri, 23. İrakli Beraya, 25. Nuqzar Kvirtiya.
QARABAĞ – SİMURQ - 2:1 (2:0)
Qollar: R.Almeyda, 25 (1:0), E.Süleymanov, 33-öz qapısına (2:0), M.Bojiç, 62-pen (2:1)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı
5. Komandalar qarşılıqlı hücumlar qursalar da, qapılar qarşısında real qol vəziyyəti yoxdu
10. "Qarabağ" ilk dəqiqələrdən daha fəaldı
14. V.Nadirovun zərbəsi qapıdan yan keçir
20. "Qarabağ" oyuna tam nəzarət edən tərəf olsa da, hələlik rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmir
24. Müdafiəçilərin kobud səhvindən sonra Vüqar hesabı açmağa yaxın olsa da, qapıçı qonaqları qoldan xilas edir
25. Korner zamanı Riçardın qapı qarşısına ötürməsinə nə müdafiəçilər, nə də qapıçı toxuna bilir. Nəticədə top birbaşa qapıya gedir - 1:0
29. "Qarabağ" korneri uğursuz yerinə yetirir
33. E.Süleymanov Q.Qarayevin uzun ötürməsi zamanı topu başla öz qapısına göndərir - 2:0
40. "Qarabağ" hücumlarına ara vermir
41. Meydan sahibləri üçüncü qolu vurmağa yaxın olsalar da, qapıçı qonaqları xilas edir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədə "Simurq"un heyətində iki dəyişiklik olub: M.Burhard və M.Səttarlı meydandadı
49. Qonaqların korner vuruşu zamanı top qapının üstündən keçir
50. Bojiç sarı vərəqə ilə cəzalanır
50. Popoviç təkbaşına cərimə meydançasına daxil olub, zərbə vursa da, F.Vəliyev komandasını real qoldan xilas edir
52. Burhardın uzaq məsafədən cərimə zərbəsini qapıçı tutur
55. "Simurq" ikinci hissədə təzyiqi artırıb
57. R.Almeyda sarı vərəqə alır
61. Yan xətt hakimi "Qarabağ"ın futbolçusunun cərimə meydançasında əllə oynadığını bildirərək, baş hakimə penalti təyin etmək lazım olduğunu deyir
62. M.Bojiç penaltini dəqiq yerinə yetirir - 2:1
67. V.Nadirovun uzaqdan zərbəsi qapıdan yan keçir
68. V.Cavadovu R.Əliyev əvəzləyir
72. A.Mirili də sarı vərəqə alanların sırasına qoşulur
77. "Qarabağ" korner qazanır: Qapıçı topa sahib çıxır
85. Oyunun tempi çox aşağı düşüb və qol vəziyyəti yox dərəcəsindədi
85. "Simurq"da Popoviçi N.Stoyanoviç əvəzləyir
86. "Qarabağ"da isə M.Muaremi Ə.İsmayılov, İ.Qurbanovu M.Medvedev əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 11. Rauf Əliyev, 16. Elnur Abdulov, 22. Əfran İsmayılov.
SİMURQ: 22. David Petzkeviç, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 6. Anderson Olivyera, 10. Zdravko Popoviç, 14. Asif Mirili, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 34. Elçin Süleymanov, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burhard, 19. Nicat Qurbanov, 21. Murad Səttarlı, 23. Məhəmməd Alıyev, 35. Arzuman Nəsibov, 79. Nenad Stoyanoviç.
BAKI – XƏZƏR LƏNKƏRAN - 2:0 (1:0)
Qol: X.Junior, 6 (1:0), E.Rodriqes, 54 (2:0)
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
6. Xavier Junior dəqiq zərbə ilə hesabı açır - 1:0
10. Sialmas Tounkaranı zərbə mövqeyinə çıxarsa da, sonuncu real qol şansını boşa verir
13. "Bakı"nın təhlükəli cərimə zərbəsini qapıçı zərərsizləşdirir
18. XL da cərimə zərbəsindən istədiyi kimi yararlana bilmir
19. D.Sialmas zədələndiyi üçün oyuna davam edə bilmir və onu K.Kazımlı əvəzləyir
20. "Bakı" yenə oyuna nəzarət edən tərəfdi
24. K.Kazımlı korner zamanı qapıya dəqiq zərbə endirə bilmir
26. Bakılıların çox təhlükəli hücumu zamanı R.Abbasov Çesnauskinin ideal ötürməsini qola çevirə bilmir
27. "Bakı" daha bir yüz faizli qol epizodundan yararlana bilmir. XL bu epizodda qoldan xilas olduğuna görə R.Abışova minnətdar olmalıdı
31. X.Juniorun uzaqdan zərbəsi qapıdan yan keçir
35. Qonaqların hücumdakı oyunu demək olar ki, alınmır
40. Meydan sahibləri ikinci qolu vurmağa çalışırlar
43. XL təhlükəli hücum qursa da, Subaşiç topu qapıya göndərə bilmir
45. Birinci hissəyə 1 dəqiqə əlavə olunur
45+1. XL korner qazanır: Nuredinoski topu çətinliklə də olsa, tuta bilir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Qarşılıqlı hücumlar davam etsə də, hələ ki, real qol vəziyyəti yoxdu
54. E.Rodriqes R.Abışovu qabaqlayaraq topu tora qovuşdurur - 2:0
58. R.Abbasov sarı vərəqə alır
63. Pitin qüvvətli zərbəsini Nuredinoski çətinliklə də olsa, tutur
69. Çesnauskini A.Şoliç əvəzləyir
70. XL-da E.Abdullayevi A.Tağıyev əvəzləyir
74. E.Məmmədovun qüvvətli zərbəsini O.Sadıqlı dəf edir
78. R.Abışov sarı vərəqə ilə cəzalanır
79. R.Hacıyevin cərimə zərbəsi qapının üstündən keçir
83. Tounkaranın zərbəsini Nuredinoski tutur
85. X.Juniorun uzaq məsafədən zərbəsi qapıdan azca yan keçir
86. Subaşiç qol vurmağa yaxın olsa da, zərbəsində azacıq dəqiqlik çatışmır
87. R.Hacıyevi T.Qürbətov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. R.Abbasovun əvəzində meydana uzun müddətdi yaşıl meydanlardan kənarda qalan Elvin Əliyev çıxır
Matç başa çatdı
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 7. Deyvidas Çesnauski, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 27. George Popxadze, 99. Rəhman Hacıyev, 10. Lukas Mario Horvat, 8. Xavyer Junior Vilson, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Duje Bakoviç, 14. Elvin Əliyev, 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç, 18. Tural Qürbətov.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dimitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 4. Akif Tağıyev, 3. Vanderson Skarduelli, 20. Elnur Cəfərov.
Turun qalan görüşləri sabah keçiriləcək: “Qəbələ” – “Kəpəz”, “Rəvan” – AZAL.
| 1 | İnter | 12 | 6 | 5 | 1 | 13 | 5 | +8 | 23 |
| 2 | Qarabağ | 13 | 5 | 5 | 3 | 17 | 14 | +3 | 20 |
| 3 | Simurq | 13 | 5 | 5 | 3 | 15 | 9 | +6 | 20 |
| 4 | Neftçi | 10 | 6 | 0 | 4 | 24 | 13 | +11 | 18 |
| 5 | XL | 12 | 4 | 4 | 4 | 17 | 11 | +6 | 16 |
| 6 | Qəbələ | 12 | 4 | 4 | 4 | 13 | 14 | –1 | 16 |
| 7 | AZAL | 11 | 4 | 4 | 3 | 16 | 12 | +4 | 16 |
| 8 | Turan | 13 | 4 | 3 | 6 | 13 | 18 | –5 | 15 |
| 9 | Rəvan | 12 | 3 | 4 | 5 | 12 | 18 | –6 | 13 |
| 10 | Sumqayıt | 13 | 3 | 4 | 6 | 11 | 26 | –15 | 13 |
| 11 | Bakı | 11 | 2 | 7 | 2 | 10 | 8 | +2 | 13 |
| 12 | Kəpəz | 12 | 2 | 3 | 7 | 8 | 21 | –13 | 9 |
Bombardirlər:
11 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
4 - Zohair Benuahi (AZAL), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ)
