18 noyabr 2012 15:48
Viktor İbekoyi: AZAL hər oyunda xal itirə bilməz
AZAL-ın hücumçusu Viktor İbekoyi azerisport.az saytına müsahibəsində komandasının cari mövsümdəki çıxışından danışıb.
- “Qarabağ”a son məğlubiyyət (0:2) komandanızı turnir cədvəlində iki pillə geri saldı...
- Bütövlükdə, ciddi heç nə baş verməyib. Biz hələ də ilk altılıqdayıq. Baxmayaraq ki, məğlubiyyət həmişə üzücü olur.

- AZAL hazırda beşinci pillədə qərarlaşıb. Bu, normal nəticədi?
- Nə çox yaxşı, nə də çox pis nəticə saymaq olmaz. Bizim qarşımıza hədəf qoyulub və biz buna doğru irəliləyirik. Bizim hələ yenə uğurlu və uğursuz oyunlarımız olacaq. Sadəcə, çalışmaq lazımdı ki, uğurlu oyunlarımızın sayı daha çox olsun və biz ilk altılıqda qalaq.

- Ağdamlılara məğlubiyyət komandada ciddi problemlərin olmasından xəbər vermir ki?
- Biz nə bacarırıqsa, meydanda sərgiləməyə çalışırıq. Təəssüf ki, hərdən bütün istədiklərinə nail ola bilmirsən. Növbəti turda bizi “Rəvan”la oyun gözləyir. Ümid edirəm ki, bu oyunda problemlə üzləşməyəcəyik.

- Vaqif Sadıqov son qarşılaşmanı mövsümün ən pis oyunu adlandırdı...
- O, bizim baş məşqçimizdi. Əgər belə deyibsə, deməli, elədi. O, təcrübəlidi və futbolu məndən daha yaxşı bilir. Eyni zamanda mənim baş məşqçinin fikirlərini şərh etməyə haqqım yoxdu. Biz futbolçular sadəcə öz oyunumuzdakı çatışmazlıqları aradan qaldırmalıyıq.
- Sizcə, “Rəvan”la oyunda AZAL istəyinə çata biləcək?
- Komandada fiziki baxımdan heç bir problem yoxdu. Qarşıdakı oyuna da kifayət qədər yaxşı hazırlaşmışıq. Ancaq qələbəyə köklənmişik. Yaxşı futbol sərgiləmək istəyirik. Düzdü, rəqibimiz heç də sıradan bir komanda deyil. Amma biz hər oyunda xal itirə bilmərik.