18 noyabr 2012 18:17
Bakes Xəzər Lənkərandakı uğursuz debütündən danışdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 13-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin ispaniyalı çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bakı” çox gözəl oyun göstərdi, layiqli qələbə qazandı. Azərbaycan çempionatının bir çox oyunlarını izləmişəm. Bəzi konsepsiyaları futbolçulara iki günə başa salmaq çətindir. Komandada son dəqiqələrə kimi qələbəyə inam olmalıdır, bizdə isə əksinə idi”.
