18 noyabr 2012 18:23
Bojidar Bandoviç: İlk dəqiqələrdən sonadək üstün oynadıq
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 13-cü turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün çox vacib oyun idi, çox güclü rəqibə qarşı oynayacağımızı bilirdik. İlk dəqiqələrdən sonadək üstün oynadıq, qələbəyə layiq idik. Müdafiəmiz çox yaxşı təsir bağışladı. Hücumda da çoxlu qol imkanlarımız oldu. Bu qələbə növbəti oyunlarda psixoloji cəhətdən bizə kömək edəcək. Əvvəlki oyunlardakı kimi oynadıq. Sadəcə bugünkü oyunda qol vura bildik, qələbə qazandıq”.
