18 noyabr 2012 18:49
Georgi Çixradze: Komandanın ehtiyat qüvvəsi yoxdu
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyundan öncə heyətlə bağlı müəyyən çətinliyimiz var idi. Cəzalı 4 futbolçumuzdan üçü müdafiəçidi. Komandanın ehtiyat qüvvəsi yoxdu. Lakin, bu, bizə bəraət qazandırmır. İlk hissədə kobud səhvlərə yol verdik. İkinci hissəni daha yaxşı keçirdik, hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, öz səhvlərimiz ucbatından məğlub olduq”.
