18 noyabr 2012 18:55
Qurban Qurbanov: İki fərqli hissə izlədik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 13-cü turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün vacib oyun idi. Çempionatda ikinci yerdə gedən komandaya qalib gəldik. İki fərqli hissə izlədik. Fasilədən sonra rəqibin hücuma keçəcəyini bilirdik. Oyunun sonlarına yaxın təzyiqi artırdıq. Sona qədər mübarizə apardıq və qalib gəldik”.
