18 noyabr 2012 11:34
Kanales: Partizanla matçda neçə qol vurmağımız yox, neçə xal qazanmağımız vacibdi
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyunundan (8:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Bu oyunu “Neftçi” üçün mövsümün ən asan oyunu saymaq olar?
- Nəticə belə deyir. İki erkən qol rəqibi ruhdan saldı. Bizə isə sadəcə qolların davamını gətirmək qalırdı. Biz də bunu etdik. Halbuki, daha çətin oyun olacağını gözləyirdik.
- Birinci dövrədə komandanız 2:3 hesabıyla məğlub olmuşdu. Yəqin ki, bu darmadağınla həmin yenilginin qisasını almaq istəyirdiniz...
- Bəli. Buna nail olmağı çox istəyirdik. “Neftçi” bu mövsüm qarşısına maksimum vəzifə qoyub. Bu isə o deməkdi ki, belə rəqibləri mütləq məğlub etməliyik.
- Siz bu mövsüm bir oyunda dörd qol vuran ilk futbolçu oldunuz...
- Şadam ki, komandamın belə möhtəşəm qələbə qazanmasında pay sahibi oldum. Ehtiyatdakı oyunlarımızı da nəzərə alsaq, biz liderik. Sona qədər belə davam etmək istəyirik.
- Yəqin ki, bu oyundan sonra bombardir olmaq istəyiniz də yarandı...
- Bəli. Biz Premyer Liqada hamıdan az oyun keçirmişik. Fikrimcə, qalan oyunlarımızı da keçirəndən sonra mənim hesabımda daha çox qol olacaq.
- Son dövrlər məhsuldarlığınız diqqətçəkən dərəcədə artıb. “Partizan”a (Serbiya) neçə qol vurmağa hazırlaşırsız?
- Bu oyunda bizim neçə qol vurmağımız yox, neçə xal qazanmağımız önəmlidi. Bu üzdən də bizi ancaq üç xal maraqlandırır. Mənə sadəcə bir qol da bəs edə bilər ki, komandam qələbə qazansın.
- Bu oyunda bizim neçə qol vurmağımız yox, neçə xal qazanmağımız önəmlidi. Bu üzdən də bizi ancaq üç xal maraqlandırır. Mənə sadəcə bir qol da bəs edə bilər ki, komandam qələbə qazansın.
- Yeni stadion haqda təəssüratlarınız necədi?
- Yeni stadion düşərli oldu. Ona görə də belə yaxşı başladıq. Deməli, bu uğurun davamını gətirmək lazımdı.
