19 noyabr 2012 00:03
“Qol imkanlarından yararlana bilmədik”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 13-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqibin oyununa bələd idik. Oyuna Tovuzda hazırlaşmışdıq. Sabit heyəti formalaşdırmağa çalışırıq. Çempionat vaxtı oyunçuları sınaqdan keçirmək, xəttlərarası əlaqəni qaydasına salmaq çətindi. Mərkəz müdafiəçilərinin verilən tapşırığı yerinə yetirməməsi mərkəzdən tez qol buraxmağımıza səbəb oldu. Vurulan ilk qoldan sonra “İnter” əks-hücum taktikası ilə oynadı. Hücumda oyun qurmağa çətinlik çəkdik. İlk hissədə komandanın oyunundan 30-40% razı qala bilərəm. Qapıçımız komandanı bir neçə dəfə real qol epizodunda xilas etdi. İkinci hissədə əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik”.
