18 noyabr 2012 11:53
Sumqayıt rəhbərliyi Bernard Raabdan izahat istədi
Topaz Premyer Liqasının 13-cü turunun “Neftçi” ilə oyunundan sonra “Sumqayıt” rəhbərliyi klubdaxili iclas keçirib. Azerisport.az xəbər verir ki, tədbirdə məşqçilər korpusu da iştirak edib.
Klub rəhbərliyi toplantıda baş məşqçi Bernard Raabdan 1:8 hesablı məğlubiyyətə, eləcə də bərbad oyuna görə izahat tələb ediblər. “Sumqayıt” rəhbərliyi almaniyalı mütəxəssisdən komandanın nəticələrini yaxşılaşdırmaq üçün konkret addımlar atılmasını tələb edib.
