18 noyabr 2012 19:55
Neftçinin rəqibi Cagliari ilə bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə İtaliya çempionatında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “İnter” də növbəri sınağına çıxıb.
Milan təmsilçisi A Seriyasının 13-cü turu çərçivəsində evdə “Cagliari” ilə üz-üzə gəlib. Görüşdə hesabı 11-ci dəqiqədə "İnter" açıb. Palasio fərqlənib. Amma matçın 41 və 66-cı dəqiqələrində iki qol vuran qonaqlar hesabda önə keçiblər. Milanlılar doğma azarkeşlərinin gözü önündə məğlubiyyətdən 82-ci dəqiqədə qurtulublar. Rəqib futbolçu avtoqolla "neradzurra"nı sevindirib. Beləcə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, "İnter" hazırda 13 oyuna 28 xalla 2-ci yerdə gedir.
İtaliya A Seriyası
13-cü tur
18 noyabr
Inter - Cagliari - 2:2
