18 noyabr 2012 12:18
Millimizin üzvü Fenerbahçeyə qarşı oynaya bilmədi
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 12-ci tur çərçivəsində evdə “Fenerbahçe” ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Beləcə, əskişəhərlilər mövsümdə üçüncü dəfə rəqibləriylə sülhə razılaşıb.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də də yer verməyib.
“Eskişehirspor” hazırda 18 xalla 4-cü yerdə gedir.
“Eskişehirspor” hazırda 18 xalla 4-cü yerdə gedir.
