18 noyabr 2012 12:31
XL Bakı ilə qarşılaşmadan qalib ayrılacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 13-cü turunun “Bakı” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Sorğuya qatılanların əksəri “Xəzər Lənkəran”ın qalib gələcəyini proqnozlaşdırır. Respondentlərin 67 faizi (297 səs) məhz bu variantı seçib.
“Bakı”nın qalib gələcəyini, eləcə də heç-heçə olacağını proqnozlaşdıranlar isə nisbətən azdı.
