18 noyabr 2012 12:56
Azərbaycan şirkəti holland klubuna sponsorluq etməyə hazırlaşır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) futbol üzrə Hollandiya çempionatında çıxış edən kluba sponsorluq edə bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan şirkəti “Vitesse” ilə danışıqlar aparır. Hansı ki, bu komanda hazırda davam edən mövsümü sponsorsuz keçirir. Tərəflər razılığa gələ bilsə, Arnhem təmsilçisi ilinə 10 milyon avro alacaq.
Qeyd edək ki, “Vitesse” hazırda Yerediviziyada 12 oyundan sonra 25 xalla üçüncü yerdə gedir. “SOCAR” isə hazırda həm də Azərbaycan çempionu “Neftçi”nin sponsorudu.
