19 noyabr 2012 13:05

9 qolun gətirdiyi 9 məqam: Neftçi və Kanalesin şousu

Topaz Premyer Liqasının XIII turunun ilk oyununda “Neftçi” “Sumqayıt”ı 8:1 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, qarşılaşmada vurulan 9 qol 9 məqamla əlamətdar oldu.
 
Yeni stadion
Çempion ev oyununu 8-ci kilometr stadionunda keçirdi. Bu, yeni inşa olunmuş arenada ilk çempionat matçı idi. Bununla da cari mövsüm Topaz Premyer Liqasının matçlarını qəbul edən arenaların sayı 14-ə çatdı.
 
Bunadək Bakıda 7 stadion – Tofiq Bəhramov adına stadionu, "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, “Şəfa” və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatalada Topaz Premyer Liqası klubları meydana çıxmışdılar.
 
Mövsümün ən məhsuldar oyunu
9 qolun vurulduğu qarşılaşma mövsümün ən məhsuldar oyunu oldu. Bununla da sentyabrın 16-da baş tutan AZAL – “Qarabağ” matçındakı rekord qırıldı. Həmin matçda 8 qol vurulmuşdu və bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi.
Sonuncu dəfə ən azı 9 qolun vurulması bu il martın 7-də qeydə alınıb. Həmin gün AZAL 6:3 hesabı ilə “Sumqayıt”a qalib gəlmişdi.
Ümumilikdə isə ölkə çempionatlarının 20 illik tarixində 37-ci dəfə 1 oyunda 9 və daha çox qol vuruldu.
 
Mövsümün ən fərqli qələbəsi
“Neftçi” 7 top fərqi ilə qalib gələrək mövsümün ən böyükhesablı qələbəsini qazandı. Bunadək rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar avqustun 19-da elə indi uduzan “Sumqayıt”ı 5 top fərqi ilə üstələmişdi – 6:1. “Neftçi”dən fərqli “Qarabağ” bunu səfərdə  gerçəkləşdirmişdi.
Sonuncu dəfə 2008-ci il noyabrın 22-də ən azı 7 top fərqilə qələbə qeydə alınıb. Həmin gün “Bakı” “Turan”ı 7:0 hesabı ilə məğlub edib.
Ümumilikdə isə 20 illik çempionatlar tarixində 45-ci dəfədir ki, bir komanda 7 və daha çox fərqlə qalib gəlir.
 
“Bakılı”dan sonra bunu bacaran olmamışdı
“Neftçi” cari mövsümdə 1 oyuna ən çox qol vuran komanda oldu. 8 qol vuran bakılılar “Qarabağ” və AZAL-a məxsus rekordu 2 top yaxşılaşdırdı. “Qarabağ” avqustun 19-da “Sumqayıt”a 6 qol vurub, sentyabrın 16-da AZAL-dan 6 qol buraxıb.
1 oyunda 8 qol vuran sonuncu komanda “Bakılı” idi. 2003-cü il noyabrın 15-də paytaxt futbolçuları Sumqayıtın digər klubu “Xəzər”i 8 qolla məyus etmişdi – 8:2.
20 illik çempionatlar tarixində ümumilikdə 35-ci dəfədir ki, hansısa komanda 1 oyuna 8 və ya daha çox qol vurur.
 
“Sumqayıt” üçün qara tarix
Sonuncu dəfə avqustun 26-da böyük hesabla uduzan “Sumqayıt” Qəbələdə eyniadlı komandaya 1:4 hesabı ilə yenildikdən 82 gün sonra eyni aqibətə üzüldü. Lakin klub tarixində 11-ci böyükhesablı olan nəticə ən acınacaqlı oldu.
İlk dəfə 7 top fərqilə uduzan “Sumqayıt” 1 oyunda 8 qol buraxmamışdı. “Neftçi”yədək “Gənclik şəhəri” təmsilçisi ən pis halda 6 dəfə üzülmüşdü.
 
“Neftçi” 14 ildən sonra
Tarixində 9-cu dəfə ən azı 7 top fərqilə qalib gələn “Neftçi” sonuncu dəfə 12 il əvvəl bunu bacarmışdı. Ötən əsrin sonlarında 2000-ci il sentyabrın 9-da “Neftçi” Naxçıvan “Araz”ını 7:0 hesabı ilə məğlub etmişdi.
“Neftçi”nin 8 və ya daha çox qol vurduğu son matç isə daha əvvəl – 1998-ci il dekabrın 7-də olub. 14 il öncə “ağ-qaralar” “Şahdağ”ın qapısından 11 qol keçirib – 11:0.
Ümumilikdə isə bakılılar 6-cı dəfə 8 və ya daha çox qol vurdu.
 
Mövsümdə 2-ci, tarixdə 35-ci
Cari mövsümdə 2-ci dəfə 1 futbolçu 4 qola imza atdı. “Neftçi”nin hücumçusu Nikolas Kanales AZAL-ın braziliyalı legioneri Junior Nildodan sonra poker müəllifi olan 2-ci futbolçu kimi tarixə düşdü. Nildo sentyabrın 16-da “Qarabağ”ın qapısına 4 qol vurmuşdu.
2004/05 mövsümündən sonra ilk dəfə 1 mövsümdə 1-dən artıq poker qeydə alındı. Ümumilikdə isə 20 illik çempionatlar tarixində 35-ci dəfə poker gerçəkləşdi.
 
7-ci legioner
Kanales Azərbaycan çempionatlarında pokerə imza atan ilk çilili olmaqla yanaşı bunu bacaran 7-ci legioner kimi tarixə düşdü. 2004/05 mövsümündə İssa Nikiema (Gənclərbirliyi), Mixail Xutsişvili (Kəpəz), Fernando Peres (Bakı), 2007/08 mövsümündə Vitali Balamestnı (Qəbələ), 2008/09 mövsümündə İvan Svetkov (Xəzər-Lənkəran), cari çempionatda isə Kanalesə qədər Junbior Nildo (AZAL) 1 oyunda 4 qol vurmuşdu.
 
Nazim Əliyevin davamçısı
Nikolasa qədər “Neftçi”nin cəmi 2 futbolçusu çempionatda poker etmişdi. 1992 mövsümündə Samir Ələkbərov iki dəfə, Nazim Əliyev isə 1994/95 və 1995/96 mövsümlərində bunu bacarmışdı. Bu 2 futbolçunun 4 pokerindən sonra 17 il idi ki, bakılıların futbolçuları 1 matçda 4 qol vurmurdu. 1995-ci sentyabrın 10-da OİK-lə ev oyununda (5:1) 4 qol vuran Əliyevdən sonra Kanales bunu bacardı. O, klubun Azərbaycan çempionatlarında 5-ci pokerini gerçəkləşdirib, buna nail olan ilk legioner və 3-cü futbolçu oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.