19 noyabr 2012 01:04
“Azərbaycanın qapısına bütün futbolçularımız qol vura bilərdi”
Futbol üzrə Şimali İrlandiya yığmasının müdafiəçisi Qaret Makoli DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belfastda Azərbaycan yığmasına qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Bu, çox xoşagəlməz hal idi. Düzdü, qalib tərəfin oyunda vaxt aparmağa çalışması futbolun bir hissəsidi. Ancaq Azərbaycanla oyunda gördüklərimizin bəzisi çox qıcıqlandırıcı idi. Necə olur ki, onların 3 nömrəli futbolçusu sonradan oyuna daxil olsa da, cəmi 10 dəqiqə sonra əzələsi dartıldı”?
“Bu, çox xoşagəlməz hal idi. Düzdü, qalib tərəfin oyunda vaxt aparmağa çalışması futbolun bir hissəsidi. Ancaq Azərbaycanla oyunda gördüklərimizin bəzisi çox qıcıqlandırıcı idi. Necə olur ki, onların 3 nömrəli futbolçusu sonradan oyuna daxil olsa da, cəmi 10 dəqiqə sonra əzələsi dartıldı”?
Makolinin narazı olduğu digər məqamlar da var: “Ukraynalı referi Viktor Şvetsov altı dəqiqə əlavə vaxt təyin etdi. Amma mən əminəm ki, bu, itirilən vaxt üçün kifayət etmirdi. Rəqibimiz əlavə olunandan daha çox vaxt öldürürdü. Hakimdən də narazı qaldıq. Biz onunla danışmağa başlayan kimi, sarı vərəqədən istifadə edirdi”.
32 yaşlı stoper komandasının daha güclü olduğunu, sadəcə yığmamızla qarşılaşmada bəxtlərinin gətirmədiyini iddia edir: “Biz rəqibdən min dəfə güclü idik. Bizim o qədər qol epizodumuz oldu, amma yararlana bilmədik. Fikrimcə, hər bir futbolçumuz Azərbaycan yığmasının qapısına qol vura bilərdi. Hesab oyunun gedişatını özündə əks etdirmir. Biz onlardan daha çox çalışdıq. Amma bu, futboldu, hərdən belə də olur”.
Hər şeyə rəğmən, Makoli həmin oyunu canlı izləmək üçün yağışlı gündə “Vindzor Park”a gələn azarkeşlərə təşəkkürünü bildirib və komandasının gələcək uğurlarına inamını dilə gətirib: “Həmin oyunda ən müsbət məqam azarkeşlərimizlə bağlı idi. Tribunalar dolu idi və sonadək bizi dəstəklədilər. Biz bu atmosferi bütün seçmə tsikl boyunca görməyi arzulayırıq. Hazırda bizdə keçid dövrüdü. Nəticələrimiz daha da yaxşı olacaq. Bunun üçün hər birimiz bütün gücümüzü meydanda qoymalıyıq”.
