19 noyabr 2012 13:21

Bakıdan fərqli seriyalara fərqli sonluq!

 
XIII tur “Bakı”nın əsas və əvəzedici komandaları üçün fərqli olub. Azerisport.az xəbər verir ki, əsas komanda qələbəsizlik seriyasını dayandırıbsa, əvəzedicilər əksinə, qələbələrin davamını gətirə bilməyib.
 
IV turun avqustun 26-da baş tutan matçında “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən “Bakı” 7 oyunluq uğursuzluqdan sonra qalib gəlib. Mövsümün antirekordu olan 7 matçlıq seriyaya 83 gün sonra son verən Bojidar Bandoviçin yetirmələri “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib. Bu seriya müddətində paytaxt təmsilçisi 5 dəfə heç-heçə edib və 2 dəfə uduzmuşdu.
 
Əvəzedicilər isə “Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçə etdilər. Bununla da 12 oyunluq qələbə seriyası qırılıb. 1-i texniki nəticə olmaqla mövsümün ilk 12 matçında qalib gələn “Bakı” sonuncu dəfə ötən mövsümün 32-ci turunda xal itirmişdi. Həmin vaxt “Neftçi”yə 2:3 hesabı ilə uduzan bakılılar çempionatların rekordunu müəyyənləşdirib. Belə ki, 2008-ci ildən təşkil olunan əvəzedicilərin çempionatlarında ardıcıl 12 qələbə qazanan olmamışdı. Bunadək “Neftçi” 2009/10, “İnter” 2010/11 mövsümündə 9 qələbəni sıralamaqla rekordçu idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.