19 noyabr 2012 14:18
Azərbaycanın rəqibləri sabah bəlli olacaq
Noyabrın 20-də, İsveçrənin Nyon şəhərində 17 və 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, U-17 yığma komandaların püşaktma mərasimi Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
19 yaşadək qızlardan ibarət yığmamızın rəqibləri isə saat 13:15-də başlayacaq tədbirdə müəyyənləşəcək.
