19 noyabr 2012 14:46
Neftçi – Partizan oyununu Uelsdən olan hakimlər idarə edəcəklər
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı qarşılaşmanın baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən oyunu Uelsdən olan hakimlər idarə edəcəklər.
Baş hakim Saymon li Evans olacaq. Onun köməkçiləri isə hələlik bəlli deyil.
Qeyd edək ki, “Neftçi” – “Partizan” görüşü noyabrın 22-də keçiriləcək və saat 21:00-da başlayacaq.
