19 noyabr 2012 14:57

Qurban Qurbanov: Qarabağın kifayət qədər problemi var

 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 13-cü turunun “Simurq”la oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- “Simurq”la oyunun ikinci hissəsində komandanız niyə elə zəif çıxış etdi?
- Fikrimcə, hər şey normal alındı. İki top fərqi ilə öndə idik. Bu isə rəqibi irəli getməyə sövq edirdi. Onlar hətta oyun sistemlərini də dəyişdilər. Daha çox pressinq tətbiq etməyə başladılar. Xüsusilə penalti ilə qol buraxdıqdan sonra daha çətin olmağa başladı.
 
- “Simurq” qapınız qarşısında xeyli qol vəziyyəti yaratdı...
- Bəli. Dediyim ki, bu, qaçılmaz oldu. Çünki rəqibin başqa çıxış yolu qalmamışdı. Bütün gücü ilə irəli atılmağa borclu idilər.
 
- Bu oyunda qazanılan qələbə sizi lider “İnter”ə xeyli yaxınlaşdırdı...
- Buna sakit yanaşırıq. Bizim işimiz bununla həll olunmur. Kifayət qədər problemlərimiz var. Həm oyun, həm də heyət baxımından. Hər oyunda xal itirə bilərik.
 
- Son illərdə adətən yığmamızın oyunlarından sonra “Qarabağ” uğursuz nəticələrlə yadda qalırdı. Amma bu dəfə fərqli oldu. Bu, Belfastdakı müsbət nəticədən irəli gəlir?
- Mümkündü. Yığmada oynayanlardan yalnız Vüqar Nadirovu ilk dəqiqələrdən meydana buraxmışdıq. Rauf Əliyev və Maksim Medvedev isə ehtiyatda qalmışdı. Onlara da istirahət vermişdim. Bədavi Hüseynovla Vaqif Cavadov da Belfastda yalnız ikinci hissədə meydana çıxmışdı.
 
- Medvedev yaxşı formada olmadığı üçün meydana çıxmadı, yoxsa İlqar Qurbanov daha hazırlıqlı olduğuna görə?
- Onların hər ikisi yaxşı formadadı.
 
- Elə isə kimə üstünlük verəcəksiz?
- Futbolçularımızın formada olması məni ancaq sevindirə bilər. Kimin oynamağına gəlincə, buna baxacağıq. Dəyişikliklər həmişə mümkündü.
 
- Əfran İsmayılovun komandada qalmasına sevindiniz?
- (Gülür) Əlbəttə, Əfran Əfrandı. Biz həmişə onu komandada görməyimizə şadıq.
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.