19 noyabr 2012 15:45

Stamenkoviç söz verdi: Partizanla matçda yenə qapını toxunulmaz saxlayacam

 
“Neftçi” PFK-nın qapıçısı Saşa Stamenkoviç “Partizan”la keçiriləcək oyun barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, serbiyalı qapıçı həmyerliləri ilə oyun öncəsi bunları dilə gətirib:
 
“Serbiyada “Partizan”la keçirdiyimiz ilk qarşılaşmada rəqib komandanın azarkeşlərinin güclü təzyiqi ilə üzləşmişdik. Şəxsən mənə qarşı 90 dəqiqə ərzində xoşagəlməz şüarlar səsləndirildi. Azarkeşlər və rəqib komandanın futbolçuları bizi təxribata çəkmək istəyirdilər. Bunu anlayaraq səbrlə davrandıq və oyunun sonuna kimi mübarizə apardıq. “Partizan” heç-heçəni həzm edə bilmədiyi üçün oyundan sonra da mənə qarşı təzyiqlər oldu. Bununla belə səfərdən xalla qayıtdıq. “Partizan”la cavab oyunu bu mövsüm evdə keçirəcəyimiz son qarşılaşma olacaq. Bu təkcə bizim yox, azarkeşlərimiz üçün də cavab qarşılaşmasıdır. İstərdim ki, onlar bu oyunda tribunaları doldursunlar və 90 dəqiqə ərzində rəqibi gərginlikdə saxlasınlar. Rəqib azarkeşlər də görsünlər ki, komandamıza və mənə burada necə böyük dəstək var. Qoy “Neftçi”yə olan sevgilərini “Partizan”la oyunda da nümayiş etdirsinlər. Söz verirəm ki, “Partizan”la ilk matçda olduğu kimi bu dəfə də qapını toxunulmaz saxlayacam. Məqsədimiz qrupda ilk qələbəmizi qazanmaqdır. Azarkeşlərimizin köməyi ilə bunun öhdəsindən gələcəyik”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.