19 noyabr 2012 15:54
Öncə Böyükağa Hacıyev, sonra Vermezoviç
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" matçı ərəfəsində hər iki komandanın baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün öncə baş tutacaq.
Öncə saat 18:30-da Azərbaycan çempionunun baş məşqçisi Böyükağa Hacıyev jurnalistlərin önünə çıxacaq. Bundan yarım saat sonra isə “ağ-qaralar” Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar.
20:00-da da Serbiya klubunun çalışdıcısı Vladimir Vermezoviç qələm əhli ilə görüşəcək. Bundan yarım saat sonra serblər mərkəzi arenada son məşqlərini edəcəklər.
Qeyd edək ki, "Neftçi" - "Partizan" oyunu noyabr 22-də keçiriləcək və saat 21:00-da başlayacaq. Qarşılaşmanın biletləri artıq satışdadı. Azarkeşlər biletləri T.Bəhramov adına Respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzindən ala bilərlər.
