19 noyabr 2012 16:22
Böyükağa Ağayev özünə yeni iş yeri tapdı
“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Ağayev özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra “Qəbələ” Futbol Akademiyasında çalışacaq.
O, seleksiya şöbəsinə rəhbərlik edəcək. Məlumatı Ağayev özü də saytımıza təsdiqləyib.
Qeyd edək ki, Ağayev vaxtilə “Neftçi”dən sağlıq durumundakı problemlərlə əlaqədar getmişdi. Uzun müddət idi ki, o, həmin xəstəliklə əlaqədar müalicə olunurdu.
