19 noyabr 2012 16:37
Mahmud Qurbanov: Komanda əlindən gələni etdi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bugünkü oyunda ən azı bir xal qazanacağımızı düşünürdük. Komanda əlindən gələni etdi. Buna baxmayaraq məğlub olduq”.
