19 noyabr 2012 16:42
Badri Kvaratsxeliya: Futbolçular verdiyimiz taktiki tapşırıqları düzgün yerinə yetirdilər
“Qəbələ”nin məşqçisi Badri Kvaratsxeliya Topaz Premyer Liqasının 13-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz”lə oyunun çətin keçəcəyini bilirdik. Mahmud Qurbanov komandanın baş məşqçisidir, komanda yaxşı mübarizə aparır. Futbolçular verdiyimiz taktiki tapşırıqları düzgün yerinə yetirdilər. Lakin hesab 2:0 olandan sonra komanda rahatlaşdı. Qarşıdakı oyunlarda bunun üzərində işləyəcəyik”.
