20 noyabr 2012 00:12
“Azarkeşlərimizi Neftçi ilə oyunda da sevindirəcəyimizə ümid edirəm”
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Vilson Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, legioner futbolçu “zolaqlılar”ın 2:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Bu oyun öncəsi bütün komanda böyük təzyiq altında idi. Yaxşı ki, bu, pis yox, yaxşı mənada təsirini göstərdi. Nəhayət ki, uğursuz seriyaya son qoyub, 3 xal qazana bildik. Biz layiqli oyun sərgilədik. Oyunun gedişində xeyli qol vəziyyəti yaratdıq. Bir sözlə, layiqli qələbə qazandıq. Bu qələbəni azarkeşlərimizə həsr edirik”.

Juninyo komandadakı son dəyişikliklərdən danışmaq istəməyib: “Düzdü, komandada bəzi dəyişikliklər edilib. Amma bir futbolçu kimi mən diqqətimi buna yönəldə bilmərəm. Həm mənim, həm də komanda yoldaşlarım üçün kollektiv oyun daha vacibdi. Çünki yalnız bu halda nəticə qazanmaq mümkün olur. Qarşıda bizi “Neftçi” ilə heç də asan olmayan oyun gözləyir. Həmin görüşə qədər bizdən fərqli rəqibimizi Avropa Liqasında Serbiya “Partizan”ı ilə də oyun gözləyir. Ciddi hazırlaşacağıq. Ümid edirəm ki, azarkeşlərimizi qələbə ilə sevindirə bilərik”.