19 noyabr 2012 18:46
Vaqif Sadıqov: Kobud səhvlərimiz davam edir
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 13-cü turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda hücum futboluna üstünlük verdi, oyun maraqlı keçdi. “Rəvan” ilk altılığa düşmək üçün əlindən gələni edir. Biz də bu məqsədə nail olmaq üçün bugünkü oyunda qələbə qazanmalı idik. Oyun boyu üstün oynasaq da, qol vura bilmədik. Kobud səhvlərimiz davam edir. “Rəvan”ın əks-hücumda oynayacağını təxmin edirdik, təəssüf ki, bu, belə də oldu. İnanıram ki, hər iki komanda ilk altılığa düşmək üçün sonadək mübarizə aparacaq”.
