19 noyabr 2012 18:55
Alispahiç: Taktiki cəhətdən yaxşı oynadıq
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 13-cü turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“AZAL çox yaxşı komandadır, güclü baş məşqçiləri var. Komandamdan razıyam, bu gün yaxşı oyun göstərdik. İlk iyirmi dəqiqədə qapımız ağzında təhlükəli epizodlar yaransa da, taktiki cəhətdən yaxşı oynadıq. AZAL rəqib meydanında pressinq tətbiq edən komandadır. Lakin müdafiə xəttimiz və dayaq yarəmmüdafiəçimiz uğurlu çıxış etdi. Oyun heç-heçə bitsə idi, bunu hər iki komanda üçün uğurlu nəticə saymaq olardı. Biz bu gün qalib gəldik, nəticədən razı qaldım”.
