20 noyabr 2012 00:15
Mircavadovdan altı oyuna dörd düzgün proqnoz
Futbol üzrə Azərbaycan yığmasının, “Neftçi” və “Xəzər Lənkəran” kimi klubların sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı proqnozlarından dördü düz çıxıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis yalnız iki görüşün nəticəsini öncədən müəyyənləşdirməkdə yanılıb.
Bu oyunlar “Rəvan” – AZAL (1:0) və “Bakı” – “Xəzər Lənkəran” (2:0) oyunlarıdı. Əvəzində Mircavadov “Neftçi” – “Sumqayıt” (8:1), “Qarabağ” – “Simurq” (2:1), “İnter” – “Turan” (2:0) və “Qəbələ” – “Kəpəz” (2:0) görüşlərinin nəticəsini öncədən düz proqnozlaşdırmağı bacarıb.
