20 noyabr 2012 00:10

Qonaqlar üçün qara tur

 
Azərbaycan Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 13-cü turun görüşləri üç gün ərzində keçirildi.

Hesabat turu bütün oyunlarda meydan sahiblərinin qələbə qazanması ilə əlamətdar oldu. Bütövlükdə, qarşılaşmalarda elə də ciddi sensasiya qeydə alınmadı. Baxmayaraq ki, bəzi qarşılaşmalarda qonaq komandalar da müəyyən qədər şanslı hesab olunurdular.

13-cü turun açılış matçında “Neftçi” “Sumqayıt”ı qəbul etdi. Son ölkə çempionu turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün qələbə qazanmağa borclu idi. Geridə qalan turlarda artıq dörd dəfə məğlub olan və bu yenilgilərdən birini məhz “Sumqayıt”dan alan “ağ-qaralar” eyni zamanda qisas almaq haqda da düşünürdülər. Yalnız belə olan halda paytaxt təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı ev oyununa yaxşı əhval-ruhiyyədə çıxmaq imkanı qazanacaqdı.
 
Gözlənildiyi kimi, “Neftçi” ilk dəqiqələrdən səviyyə fərqini ortaya qoydu və rəqibi üzərində inamlı qələbə qazandı. Özü də kifayət qədər fərqli bir hesabla – 8:1. Bu, cari mövsümün ən böyükhesablı qələbəsi oldu. Qarşılaşmanın qəhrəmanı – Nikolas Kanales isə son dövrlərdə yüksəlişdə olduğunu bu görüşdə də pokerə imza atmasıyla isbatladı. Vurduğu dörd qol avtomatik olaraq çilili futbolçunu bombardirlər yarışında da önə keçirdi. Kanales hazırda 11 qolla çempionatımızın ən məhsuldar futbolçusudu. Elə “Neftçi” də hazırda ən çox qol vuran komanda ünvanına sahibdi (24 qol). “Sumqayıt”da isə vəziyyət əksinədi. Bu komanda indiyə qədər rəqiblərini 26 dəfə “sevindirib”.

Turun ən prinsipial və maraq doğuran görüşləri ikinci oyun günündə keçirildi. Öncə meydna “Bakı” ilə “Xəzər Lənkəran” çıxdı. Maraq üçün xatırladaq ki, bu komandaların ilk dövrədəki oyunu təxirə salınmışdı. Bu üzdən də tərəflər cari mövsümdə ilk dəfə üz-üzə gəlirdilər. “Ağ-yaşıllar” yeni baş məşqçisi Karles Bakeslə debüt matçına çıxmışdılar. Bu üzdən də Lənkəran klubu ispaniyalı mütəxəssisin rəhbərliyi altındakı ilk matçdan ən azı 1 xalla ayrılmağı hədəfləmişdi. Paytaxt təmsilçisi isə uğursuz gedişata son qoymaq istəyindəydi. Nə qədər gözlənilməz olsa da, geridə qalan turlarda cəmi bir qələbəsi olan (!) “zolaqlılar” bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxırdılar. Bojidar Bandoviçin yetirmələri bu dəfə nəhayət ki, qələbəsizlik sindromuna son qoymağı bacardılar. Bakes isə cənubluların sükanı arxasındakı ilk oyunundan məğlub ayrıldı. Beləcə, “ağ-yaşıllar”ın qələbə, heç-heçə və məğlubiyyət göstəricisi eyniləşdi (4). “Bakı” isə qələbə qazanmasına rəğmən, hələ də yerində sayır.
 
Şənbə günü daha bir maraqlı görüş “Qarabağ”la “Simurq” arasında keçirildi. Ağdam təmsilçisi liderlər qrupundakı vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıydı. Belə olan halda ağdamlılar bu rəqibi ilə xallarını bərabərləşdirməklə yanaşı, həm də “Simurq”u turnir cədvəlində qabaqlamış olacaqdı. Zaqatala klubu isə lider “İnter”dən aralı düşməmək üçün çətin rəqibini məğlub etməyi hədəfləmişdi. Amma 90 dəqiqənin tamamında gülən tərəf nominal meydan sahibləri oldular. İki ardıcıl qola sevinən Qurban Qurbanovun yetirmələri rəqibin fərqi azaltmasına imkan versə də, qələbə hesabını qorumağı bacardılar. Nəticədə, “Qarabağ” zirvəyə şərik oldu.
 
Amma Ağdam klubunun zirvə şərikliyi cəmi bir neçə saatlıq oldu. “İnter” “Turan”la ev oyununda gözlənilən qələbəni əldə etməyi bacardı. İki cavabsız qol paytaxt klubuna vahid liderliyi ələ keçirmək imkanı yaratdı. Kaxaber Tsxadadzenin yetirmələri indi əsas izləyicilərindən 3 xal öndədi. “Turan”a gəlincə, bu komanda yeni baş məşqçisi Əfqan Talıbovun rəhbərliyi altında ilk dəfə meydandan məğlub ayrıldı.
 
Son oyun günündə meydana öncə “Qəbələ” ilə “Kəpəz” çıxdı. Bu qarşılaşmada meydan sahiblərinin qələbə qazanacağı demək olar ki, şübhə doğurmurdu. Çünki Gəncə təmsilçisi çempionatın əsas autsayderi kimi, sürprizə imza atacaq gücdə deyildi. Gözlənildiyi kimi də oldu. Ötən tur texniki zonadan qovulduğu üçün bu dəfə komandasının yanında olmayan Ramiz Məmmədovun yoxluğunda “Qəbələ”ni meydana çıxaran Badri Kvaratsxeliyanın ayağı bu klub üçün düşərli oldu. 2 cavabsız qol bu komandaya həm vacib 3 xalı qazandırdı, həm də “Qəbələ”nin ilk dördlüyə daxil olmasına şərait yaratdı.
 
Nəhayət, 13-cü turun qapanış matçında “Rəvan” AZAL ilə üz-üzə gəldi. Paytaxt derbisində “təyyarəçilər” daha şanslı hesab olunurdular. Çünki autsayderlər qrupunda qərarlaşan “aslanlar”dan fərqli, Vaqif Sadıqovun komandası mövsümə daha yaxşı başlamışdı. Amma Kemal Alispahiçin gəlişindən sonra yüksəlişdə olduğu aşkar hiss olunan “Rəvan” bu görüşdə də sürprizə imza atmağı bacardı. Son dəqiqələrdə vurulan bir qol bu komandaya vacib üç xal qazandırdı. Məğlub olan AZAL isə 8-ci pilləyə yuvarlandı.
 
Topaz Premyer Liqası
13-cü tur
 
NEFTÇİ – SUMQAYIT - 8:1 (5:1)
Qollar: N.Kanales, 7 (1:0), J.Vobay, 10 (2:0), N.Kanales, 23 (3:0), J.Vobay, 25 (4:0), E.Cəfərquliyev, 28 (4:1), N.Kanales, 45 (5:1), C.İmamverdiyev, 68 (6:1), B.Bertuççi, 75 (7:1), N.Kanales, 80 (8:1).
Sarı vərəqələr:  Erik Ramos, 45+1 (qeyri-idman hərəkəti), Elvin Yunuszadə, 49 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor:  Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 1 dəq.
17 noyabr 2012. Bakı. 8-ci km. Stadionu. 1200 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski (17. Araz Abdullayev, 62), 6. Rəşad Sadiqov (k), 9. Flavinyo (25. Cavid İmamverdiyev, 62), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos (20. Eşqin Quliyev, 82), 16. Bruno Bertuççi, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 21. Kamil Nurəhmədov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sumqayıt: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Pərdis Fərcad Azad, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə (91. Ruslan Qurbanov, 37), 76. Uğur Pamuk, 95. Ruslan Nəsirli (8. Aqşin Muxtaroğlu, 46).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev, 50. Murad Hüseynov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernard Raab.
 
BAKI – XƏZƏR LƏNKƏRAN - 2:0 (1:0)
Qollar: X.Junior, 6 (1:0), E.Rodriqes, 55 (2:0).
Sarı vərəqələr: George Popxadze, 47 (qeyri-idman hərəkəti), Ramazan Abbasov, 58 (qeyri-idman hərəkəti) - Ruslan Abışov, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 noyabr 2012. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1500 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 7. Deyvidas Çesnauski (77. Aleksandar Soliç, 67), 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 27. George Popxadze, 99. Rəhman Hacıyev (18. Tural Qürbətov, 87), 10. Lukas Mario Horvat, 8. Xavyer Junior Vilson, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov (14. Elvin Əliyev, 90+2).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Duje Bakoviç, 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç.
Baş məşqçi: Bojidar Bandoviç.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (4. Akif Tağıyev, 70), 11. Dimitrios Sialmas (17. Kazım Kazımlı, 18), 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 3. Vanderson Skarduelli, 20. Elnur Cəfərov.
Baş məşqçi: Karles Bakes.
 
QARABAĞ – SİMURQ - 2:1 (2:0)
Qollar: R.Almeyda, 25 (1:0), E.Süleymanov, 33-öz qapısına (2:0), M.Bojiç, 62-pen (2:1)
Sarı vərəqələr: Riçard Almeyda, 57 (hakimin qərarına etriaz) - Mario Bojiç, 49 (hakimin qərarına etiraz), Asif Mirili, 72 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor:  Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 noyabr 2012. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 400 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (22. Əfran İsmayılov, 85), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov (5. Maksim Medvedev, 85), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov (11. Rauf Əliyev, 69).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 6. Hacı Əhmədov, 16. Elnur Abdulov.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 22. David Petrkeviç, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 6. Anderson Olivyera, 10. Zdravko Popoviç (79. Nenad Stoyanoviç, 85), 14. Asif Mirili, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov (21. Murad Səttarlı, 46), 34. Elçin Süleymanov (9. Marçin Burhard, 46), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 19. Nicat Qurbanov, 23. Məhəmməd Alıyev, 35. Arzuman Nəsibov.
Baş məşqçi: Georgi Çixradze.
 
İNTER – TURAN - 2:0 (1:0)
Qollar: S.Zərgərov, 11 (1:0), B.Tsxadadze, 55 (2:0)
Sarı vərəqələr:  Baçana Tsxadadze, 30 (qeyri-idman hərəkəti), Vladimir Levin, 81 (qeyri-idman hərəkəti), Brüs Abdulay, 89 (hakimin qərarına etiraz) - Mikayıl Rəhimov, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor:  Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
18 noyabr 2012. Bakı. “Şəfa” stadionu. 200 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev (11. Asif Məmmədov, 46), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (77. Ramil Mansurov, 83), 47. Abdulla Abatsiyev (13. Coşqun Diniyev, 88).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turan: 28. Andrey Popoviç, 5. Fərid Quliyev, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (17. Fərmayıl Əliyev, 90+1), 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k) (23. İrakli Beraya, 61), 14. Ender Günlü, 22. Salif Ballo (25. Nuqzar Kvirtiya, 75), 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç, 21. Antonio Rukavina.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 8. Budaq Nəsirov, 13. Marius Kazlauskas, 19. Asəf Qədiri.
Baş məşqçi: Əfqan Talıbov.
 
QƏBƏLƏ – KƏPƏZ - 2:0 (0:0)
Qollar: V.Mendi, 61 (1:0), R.Abdullayev, 66-pen.
Sarı vərəqələr: Elmar Baxşiyev, 56 (qeyri-idman hərəkəti), Ürfan Abbasov, 76 (qeyri-idman hərəkəti), Dieqo Kosta, 90+2 (oyunun bərpasını gecikdirdiyi üçün) - Xəyal Zeynalov, 31 (hakimə etiraz etdiyinə görə), Yuri Fomenko, 58 (qeyri-idman hərəkəti), Şahin Kərimov, 71 (qeyri-idman hərəkəti), Nicat Məmmədov, 80 (qeyri-idman hərəkəti).
Hakimlər: Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
18 noyabr 2012. Qəbələ. Şəhər stadionu. 1080 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 8. Bruno Da Silva (9. Viktor Mendi, 46), 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 21. Elmar Baxşiyev (7. Yaşar Abuzərov, 83), 22. Lourival Rodriqes Assis, 88. Nodar Məmmədov (23. Şəhriyar Xəlilov, 46), 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Muammer Erdoğdu, 35. Tərzin Cahangirov, 38. Muşfiq Teymurov.
Məşqçi: Badri Kvaratsxeliya.
Kəpəz: 16. Xəyal Zeynalov (k), 2. Nicat Məmmədov, 3. Təbriz Hüseynli, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 19. Atin Abdullayev (15. Şahin Kərimov, 66), 23. Vüqar İbrahimov (8. Elvin Həsənəliyev, 86), 30. Yuri Fomenko (17. Ceyhun Əhmədov, 70), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 4. Azər Məmmədov, 20. Emin Əliyev, 26. Georgi Sepiaşvili.
Baş məşqçi: Mahmud Qurbanov.
 
RƏVAN – AZAL - 1:0 (0:0)
Qol: N.Qurbanov, 85 (1:0).
Sarı vərəqələr: Şəhriyar Rəhmov, 35 (qeyri-idman hərəkəti), Miloş Zeçeviç, 40 (hakimin qərarına etiraz) - Taqim Novruzov, 45+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
18 noyabr 2012. Bakı. Bayıl Arena stadionu. 500 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela (26. Fransis Bosman, 90+2), 18. Samuel Barlay, 20. Kristian Torres (4. Ekrem Hodziç, 90+4), 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov (28. Amit Quluzadə, 90+3).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 16. Orxan Lalayev.
Baş məşqçi: Kemal Alispahiç.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç (7. Cavid Tağıyev, 90+1), 6. Taqim Novruzov, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə, 28. Artur Patraş (77. Arif İsayev, 85), 11. Zohair Benuahi (37. Andrius Veliçka, 76), 16. Junior Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Orxan Səfiyaroğlu, 99. Orxan Həsənov, 15. Oskar Klyava.
Baş məşqçi: Vaqif Sadıqov.
 
1 İnter 12 6 5 1 13 5 +8 23
2 Qarabağ 13 5 5 3 17 14 +3 20
3 Simurq 13 5 5 3 15 9 +6 20
4 Qəbəlı 13 5 4 4 15 14 +1 19
5 Neftçi 10 6 0 4 24 13 +11 18
6 XL 12 4 4 4 17 11 +6 16
7 AZAL 12 4 4 4 16 13 +3 16
8 Rəvan 13 4 4 5 13 18 –5 16
9 Turan 13 4 3 6 13 18 –5 15
10 Sumqayıt 13 3 4 6 11 26 –15 13
11 Bakı 11 2 7 2 10 8 +2 13
12 Kəpəz 13 2 3 8 8 23 –15 9
 
Bombardirlər:
11 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
4 - Zohair Benuahi (AZAL), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.