20 noyabr 2012 00:01
“Əliyevin necə diqqətəlayiq futbolçu olduğunu Portoda məndən də yaxşı bilirlər”
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Antonio Semedo futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın Portuqaliya “Porto”sunda baxışda olan hücumçusu Orxan Əliyevdən danışıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı futbolçu ölkəsindən olan jurnalistlərlə söhbətində bunları dilə gətirib:
“Bəli, mən onun “Porto”da baxışda olması barədə xəbərləri oxumuşam. Amma düzünü deyim ki, mən onu xatırlamıram. Biz “Sumqayıt”la birinci dövrədəki oyunda 2:1 hesabıyla qalib gəldik. Bu komanda ilə ikinci oyunumuzu isə 3:0 hesabıyla başa vurduq. Həmin qarşılaşmada mən meydana çıxmasam da, Eder Bonfim oynamışdı. Hansı ki, bu futbolçu vaxtilə “Benfica”da top qovub. Dediyim kimi, Orxan Əliyevi xatırlamıram. Amma əgər o, 15 yaşında böyüklərdən ibarət komandada debüt edibsə, çətin oyunlarda forma geyinibsə, deməli bu, diqqətə layiqdi. Fikrimcə, “Porto”da bunu məndən də yaxşı bilirlər”.