21 noyabr 2012 19:32
Aleksandr Mitroviç: Bizə yalnız Neftçi ilə oyuna yaxşı köklənmək qalır
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Aleksandr Mitroviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının son turunda “Crvena Zvezda” ilə derbi matçındakı məğlubiyyətdən (2:3) sonra bunları dilə gətirib:
“Bu məğlubiyyətdən sonra yeni mövsümdə əldə etdiyimiz uğurlara kölgə salmaq istəmirəm. Biz avrokuboklarda iştirak edirik, çempionatda liderik. Əlbəttə, həmişə qələbə qazanmaq mümkünsüzdü. Amma bu dəfə sadəcə bəxtimiz gətirmədi. İndi bizə “Neftçi” ilə qarşıdan gələn Bakıdakı oyuna daha yaxşı köklənmək qalır”.