19 noyabr 2012 11:06
Partizanın baş məşqçisi Bakı səfəri öncəsi təhlükə ilə üzləşdi
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimiz Vermezoviç Super Liqanın son turunun “Crvne Zvezda” ilə derbi matçındakı məğlubiyyətdən (2:3) sonra təhlükə ilə üzləşib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun səhəri gün “Mercedes” markalı avtomobilindən “Senyakdan çıx get” mətnli məktub aşkarlayıb.
Qeyd edək ki, Senyak Belqradın Vermezoviç yaşayan hissəsinin adıdı. “Partizan”ın rəsmilərindən Nenad Daniloviç sözügedən məsələyə belə münasibət bildirib: “Xuliqanlıqdı. Artıq Serbiya futbolu ilə əlaqəsi olan hər kəs özünü təhlükəsizlikdə hiss etmir. Bu, sadəcə yolverilməzdi”.
Qeyd edək ki, “Partizan” noyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Neftçi”nin qonağı olacaq.
