19 noyabr 2012 11:43

“Haciyevskinin dövründə Bakı daha güclü idi”

 
“Kəpəz”in hücumçusu Bəxtiyar Soltanov Topaz Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- “Qəbələ” də bizim kimi qeyri-sabit oyun sərgiləyir. Onların “Neftçi” üzərindəki qələbəsinə baxmayaraq, biz “Qəbələ”ni məğlub edəcək gücdəyik. Buna əminəm.
 
- Amma komandanızın sonuncu pillədə getməsi bundan xəbər vermir...
- Sizə açıq deyim ki, çətin oyun olacaq. Bizim üçün ümumiyyətlə hər oyun çətin olur. “Kəpəz” bu oyuna sadəcə “Bakı” ilə qarşılaşmaya kökləndiyi kimi köklənməlidi.
 
- Rəqib düşərgədə ən çox kimdən ehtiyatlanırsız?
- Onlarda Mendi, Dodo kimi futbolçular çıxış edir ki, hər oyunda maksimum güc sərf edirlər. Lakin bizə də indi 3 xal lazımdı.

- “Bakı” ilə oyuna köklənməni xüsusi qeyd etdiniz. Həmin oyun sizin üçün prinsipial əhəmiyyət daşıyırdı?
- Xeyr. Əgər mən bu komandanı tərk etmişəmsə, bu, o demək deyil ki, onlara qarşı oynamaq mənim üçün prinsipial xarakter daşımalıdı. Onsuz da istənilən qələbə sadəcə 3 xal gətirir. Bizim yaxşı nəticələrimiz potensial sponsorların “Kəpəz”ə daha diqqətlə yanaşmasına şərait yarada bilər.
 
- “Bakı”nın çıxışı barədə nə deyə bilərsiz?
- Mən tərk etdiyim komandanın oyununu şərh etməyi xoşlamıram. Amma vaxtilə oynadığım “Bakı” daha güclü idi. Həmin komanda ilə çempion olmuşduq, Avropa Liqasının pley-off mərhələsinə kimi irəliləmişdik. Haciyevski yaxşı məşqçi olmaqla yanaşı həm də yaxşı insan idi. İndiki heyətlə bu komanda daha yaxşı nəticələrə imza atmalıdı.
 
- Mahmud Qurbanovla işləmək necədi?
- O, futbolçu kimi Azərbaycan üçün çox iş görüb. İndi isə məşqçilikdə ilk addımlarını atır. Bizə onunla işləmək çox rahatdı. O, təcrübəsindən çox yaxşı yararlanır. Çalışır ki, bunu bizimlə bölüşsün.

- “Kəpəz”in hədəfi nədən ibarətdi?
- Mümkün qədər yüksək yerlərdən birini tutumaq. Düzdü, indi son pillədəyik. Amma hər oyunda xal toplamağı bacarsaq, vəziyyətimiz yaxşılaşar.


 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.