19 noyabr 2012 17:53
Rəvan AZAL-dan, Qəbələ Kəpəzdən güclü oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 13-cü turun son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Öncə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Turun qapanış matçında isə “Rəvan” AZAL ilə münasibətlərinə aydınlıq gətirib. Hər iki qarşılaşmada meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Öncə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Turun qapanış matçında isə “Rəvan” AZAL ilə münasibətlərinə aydınlıq gətirib. Hər iki qarşılaşmada meydan sahibləri qələbəyə sevinən tərəf olub.
Topaz Premyer Liqası
13-cü tur
18 noyabr (bazar)
RƏVAN – AZAL - 1:0 (0:0)
Qol: N.Qurbanov, 85 (1:0)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov.
Bakı. Bayıl Arena.
Oyun başladı
5. Qarşılıqlı hücumlar təşkil olunsa da, qol vəziyyəti yaradan yoxdu
10. "Rəvan" hələ ki, daha fəaldı
13. R.Tağızadənin uzaqdan zərbəsi qapıdan yan keçir
15. X.Fransiskonun zərbəsini D.Kərimi tutur
15. N.Vidakoviç yüz faizli qol şansını boşa verir
23. AZAL cərimə zərbəsini uğursuz yerinə yetirir
29. T.Mikayılovun uzaqdan zərbəsi qapının üstündən keçir
34. Ş.Rəhimov sarı vərəqə alır
40. Meydanda çox sönük oyun gedir
41. M.Zeçeviç sarı vərəqə alır
42. AZAL hesabı açmağa yaxın olsa da, son anda zərbə dəqiq alınmır
45. T.Novruzov sarı vərəqə alır
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
50. Fasilədən sonra AZAL bir qədər fəal görünür. "Rəvan" isə əks-hücum taktikası seçib
57. Torresin cərimə zərbəsi canlı səddən qayıdır
59. AZAL da oxşar cərimə zərbəsindən yararlana bilmir
65. Qarşılıqlı hücumlar bir-birini əvəzləsə də, qol vuran yoxdu
75. Tərəflərin dəyişən üstünlüyü heç bir bəhrə vermir
80. AZAL-ın hücumları daha təhlükəli olmağa başlayıb
84. Nildonun zərbəsini Kərimi tutur
85. Vareanın sağ cinahla əla keçidindən sonra N.Qurbanov onun ötürməsni boş qapıya göndərməkdə çətinlik çəkmir - 1:0
89. X.M.Vareanı F.Bosman əvəzləyir
90. Matçın əsas vaxtına dörd dəqiqə əlavə olunur
90. B.Arsenyeviçi C.Tağıyev əvəzləyir
90+1. N.Qurbanovun əvəzində meydana A.Quluzadə çıxır
90+4. K.Torresi E.Hodziç əvəzləyir
Matç başa çatdı
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 4. Ekrem Hodziç, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 26. Fransis Bosman, 28. Amit Quluzadə.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Taqim Novruzov, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə, 28. Artur Patraş, 11. Zohair Benuahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Orxan Səfiyaroğlu, 99. Orxan Həsənov, 77. Arif İsayev, 37. Andrius Veliçka, 7. Cavid Tağıyev, 15. Oskar Klyava.
QƏBƏLƏ – KƏPƏZ - 2:0 (0:0)
Qollar: V.Mendi, 61 (1:0), R.Abdullayev, 66-pen.
Hakimlər: Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
Qeyd edək ki, baş məşqçis Ramiz Məmmədov cəzalı olduğundan, meydan sahiblərini bu oyuna onun köməkçisi Badri Kvaratsxeliya çıxarıb
2. "Qəbələ" oyunda yerinə yetirilən ilk kornerdən yararlana bilmir
6. Meydan sahibləri cərimə zərbəsi qazansalar da, bunu da boş verirlər
10. Tərəflər qarşılıqlı hücumlar təşkil etsələr də, hələlik qapılar qarşısında real qol vəziyyəti yoxdu
14. Qonaqların çox təhlükəli hücumu zamanı D.K.Silva meydan sahiblərini qoldan xilas edir
15. "Kəpəz" heç də müdafiədə oturmaq haqda düşünmür və səfərdə çıxış etməsinə rəğmən, hücum futbolu sərgiləməyə çalışır
16. Kamanan və Assis qola yaxın olsa da, bundan yararlana bilmirlər
17. Kamanan daha bir qol epizodunu boşa verir
25. Oyunun tempi xeyli aşağı düşüb və demək olar ki, təhlükəli vəziyyətlər yox dərəcəsindədi
31. X.Zeynalov sarı vərəqə ilə cəzalanır
35. Asani rəqib qapısına təhlükəli zərbə endirsə də, hədəfə düşə bilmir
35. Kamanan əlverişli vəziyyətdə topu düz qapıçının üstünə vurur
45. "Qəbələ" qonaqların müdafiəsini heç cür yara bilmir
45. İlk hissəyə 2 dəqiqə əlavə olunur
45+2. Dodonun zərbəsini X.Zeynalov tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. N.Məmmədovu Ş.Xəlilov, B.D.Silvanı isə V.Mendi əvəzləyir
48. Dodonun möhtəşəm zərbəsini qapıçı çətinliklə də olsa, dəf edir
50. E.İmaməliyevin cərimə zərbəsi qapının üstündən keçir
54. "Qəbələ"nin daha bir təhlükəli hücumu zamanı X.Zeynalov topa sahib çıxır
56. E.Baxşiyev sarı vərəqə ilə cəzalanır
57. Y.Fomenko da sarı vərəqə alır
61. Mendi müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu dəqiq zərbə ilə tora qovuşdurur - 1:0
65. Svejentsev adi vəziyyətdə cərimə meydançasında topa əllə toxunduğu üçün penaltiyə səbəb olur
66. "Kəpəz"də A.Abdullayevi Ş.Kərimov əvəzləyir
66. R.Abdullayev penaltini dəqiq yerinə yetirərək, hesab arasındakı fərqi artırır - 2:0
70. Kamananın çox təhlükəli zərbəsi hədəfə düşmür
71. Ş.Kərimov sarı vərəqə ilə cəzalanır
71. Y.Fomenkonu C.Əhmədov əvəzləyir
72. X.Zeynalov kobud səhvə yol versə də, son anda qola imkan vermir
76. Ü.Abbasov sarı vərəqə ilə cəzalanır
79. N.Məmmədov da sarı vərəqə alan futbolçuların sırasına qoşulur
83. E.Baxşiyevi Y.Abuzərov əvəzləyir
86. V.İbrahimovun əvəzində meydana E.Həsənəliyev çıxır
88. "Kəpəz" qola çox yaxın olsa da, qapıçı meydan sahiblərini xilas edir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. D.K.Silva sarı vərəqə alır
Matç başa çatdı
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 8. Bruno Da Silva, 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 21. Elmar Baxşıyev, 22. Lourival Rodriqes Assis, 88. Nodar Məmmədov, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 7. Yaşar Abuzərov, 5. Muammer Erdoğdu, 9. Viktor Mendi, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov, 38. Muşfiq Teymurov.
KƏPƏZ: 16. Xəyal Zeynalov (k), 2. Nicat Məmmədov, 3. Təbriz Hüseynli, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 19. Atin Abdullayev, 23. Vüqar İbrahimov, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 4. Azər Məmmədov, 8. Elvin Həsənəliyev, 15. Şahin Kərimov, 17. Ceyhun Əhmədov, 20. Emin Əliyev, 26. Georgi Sepiaşvili.
Turun digər oyunları: Neftçi – Sumqayıt – 8:1, Bakı – Xəzər Lənkəran – 2:0, Qarabağ – Simurq – 2:1, İnter – Turan – 2:0.
| 1 | İnter | 12 | 6 | 5 | 1 | 13 | 5 | +8 | 23 |
| 2 | Qarabağ | 13 | 5 | 5 | 3 | 17 | 14 | +3 | 20 |
| 3 | Simurq | 13 | 5 | 5 | 3 | 15 | 9 | +6 | 20 |
| 4 | Qəbələ | 13 | 5 | 4 | 4 | 15 | 14 | +1 | 19 |
| 5 | Neftçi | 10 | 6 | 0 | 4 | 24 | 13 | +11 | 18 |
| 6 | XL | 12 | 4 | 4 | 4 | 17 | 11 | +6 | 16 |
| 7 | AZAL | 12 | 4 | 4 | 4 | 16 | 13 | +3 | 16 |
| 8 | Rəvan | 13 | 4 | 4 | 5 | 13 | 18 | –5 | 16 |
| 9 | Turan | 13 | 4 | 3 | 6 | 13 | 18 | –5 | 15 |
| 10 | Sumqayıt | 13 | 3 | 4 | 6 | 11 | 26 | –15 | 13 |
| 11 | Bakı | 11 | 2 | 7 | 2 | 10 | 8 | +2 | 13 |
| 12 | Kəpəz | 13 | 2 | 3 | 8 | 8 | 23 | –15 | 9 |
Bombardirlər:
11 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
5 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
4 - Zohair Benuahi (AZAL), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ)
