20 noyabr 2012 13:07
Böyükağa Hacıyevlə Rəşad Sadıqova bir oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Neftçi” - “Sumqayıt” matçının 35-ci dəqiqəsində “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qarabağ” – “Simurq” matçının 62-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qəbələ” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
