20 noyabr 2012 13:15

“Bunun üzərində işləmək lazımdı”

 
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov müsahibəsində Topaz Premyer Liqasının 13-cü turunun “Turan”la oyunu (2:0) barədə danışıb, zədəsindən bəhs edib, eləcə də “Simurq”la baş tutacaq qarşılaşma haqqında fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Turan”la keçirilən oyun barədə nə deyə bilərsiniz?
- Ötən tur “Sumqayıt”la keçirilən matçda xal itirmişdik. Buna görə tovuzlularla oyunda xal itirmək planımıza daxil deyildi. “Turan”la matçda müvəffəqiyyətsizlik turnir cədvəlindəki mövqeyimizə mənfi təsir göstərə bilərdi. Biz çempionluğa oynayırıq və bizə lazımi bütün xalları toplamaq vacibdi. Oyun mürəkkəb alındı. Ancaq əsas odur ki, qələbə qazandıq və xal ehtiyamızı artırdıq.
 
- Məşqlərin birində kiçik zədə aldınız və demək olar bütün həftəni ayrı proqramla məşq etdiniz. Yəqin məhz buna görə baş məşqsi sizi fasilədən sonra meydançaya buraxdı...
- Bəli, zədəm vardı və buna görə bir neçə gün ayrılıqda məşq etdim. Komandayla cəmi iki məşq keçdim. Baş məşqçi məni ikinci hissədə meydançaya buraxmaq qərarına gəldi və mən onun bu qərarına hörmətlə yanaşıram. Meydana fasilədən sonra çıxsam da, komandama kömək etməyə çalışdım.
 
- Komandanızın başlıca problemlərindən biri zəif realizasiyadı. Bu qarşılaşmada da “İnter” təxminən 15 qol vəziyyəti yaratdı və yalnız 2 vəziyyətdən istifadə etməyi bacardı...
- Bəli, bizim kifayət qədər qol vurmaq şansımız oldu. Bir çoxundan istifadə edə bilmədik. Düşünürəm ki, bizə belə epizodlarda daha soyuqqanlı davranmaq lazımdı. Bunun üzərində işləmək lazımdı.
 
- Artıq növbəti turda komandanızı Zaqatalaya çətin səfər gözləyir. Bu görüş haqda nə deyə bilərsiz?
- Bizi çox çətin matç gözləyir. Səfərdə çempionatın liderlərindən biri ilə oynayacağıq. Öncədən məlumdur ki, bizə asan olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.