20 noyabr 2012 13:32
Beş kluba texniki məğlubiyyət, baş məşqçiyə 12 aylıq cəza və yeni lipalar!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
U-17 Liqanın “Gənclik” – “Sumqayıt” matçının 78-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Bayram Nuruzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
U-15 Liqanın “Bakı” – “Xəzər Lənkəran” matçının 25-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu İbrahim Qədirzadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqanın UGİM (Göygöl) – “Lokomotiv” (Gəncə) matçında UGİM (Göygöl) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqanın ROİL – “Lokomotiv” matçının 16-cı dəqiqəsində ROİL-in futbolçusu Taleh Rzayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
U-14 Liqanın “Turan” – RİOEUGİM (Ağstafa) matçının 36-cı dəqiqəsində “Turan”ın futbolçusu Sərxan Sadiqov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
U-14 Liqanın “Göyçay OK” – UGİM (Ağsu) matçının 30-cu dəqiqəsində UGİM (Ağsu) klubunun baş məşqçisi Cəmil Atakişiyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqanın UGİM (Şamaxı) – “Qobustan” matçında UGİM (Şamaxı) klubunun heyətində futbolçu Allahşükür Süleymanovun əvəzinə lisenziyası olmayan Fərid Qarayev iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqanın UGİM (Tərtər) – “Ağdam” matçında UGİM (Tərtər) klubunun heyətində Ramil Məmişovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. UGİM (Tərtər) klubunun baş məşqçisi Xaliq Abdullayev futbolçuların lisenziyalarını saxtalaşdırıdığı üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.
U-14 Liqanın “Şirvan” – “Qobustan” matçında “Qobustan”ın heyətində futbolçu Cavanşir Aydınovun əvəzinə lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının ŞKGB – UGİM (Quba) matçında UGİM (Quba) klubunun heyətində Elmar Məmmədyarov saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqanın Gİİ (Xətai) – “Bakı” matçının matçının 4-cü dəqiqəsində Gİİ (Xətai) klubunun futbolçusu Anar Musayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-13 Liqanın “Bakı-008” – “Sərhədçi” matçının matçının 33-cü dəqiqəsində “Sərhədçi”nin futbolçusu Ənvər Cavadov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-13 Liqanın “Hövsan OFK” – “Rəvan” matçının matçının 33-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Cavid Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-11 Liqanın “Ağstafa Gəncləri” – UGİM (Qazax) matçında “Ağstafa Gəncləri” klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının “Naftalan” – UGİM (Tərtər) matçının 29-cu dəqiqəsində UGİM (Tərtər) klubunun futbolçusu Emin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
