20 noyabr 2012 13:40
Yığmamız Avstriya, İsrail və Xorvatiya ilə eyni qrupda!
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının 2013/2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Belə ki, püşkün nəticəsinə əsasən birinci qrupda yer alan yığmamız Avstriya, Xorvatiya və İsrail komandaları ilə qarşılaşacaq.
