20 noyabr 2012 01:45
AFFA və UNICEF-dən daha bir müştərək tədbir (FOTOLAR)
Artıq bir ildən coxdur ki, AFFA və UNICEF Azərbaycan əməkdaşlıq edir. Azerisport.az xəbər verir ki, bu əməkdaşlığın əsas hədəf qrupu U-17 UNICEF qızlar liqasında çıxış edən futbol klublarıdı.
Ötən müddət ərzində əməkdaşlıq çərçivəsində bir necə tədbir kecirlib. Tədbirlərin əsas hissəsini tədris yönümlü təlimlər təşkil edir. Belə tədbirlərdən biri də noyabrın 16-da və 17-də Zaqatalada keçirilib.
Tədbirin əsas məqsədi AFFA və UNICEF-in sosial yönümlü əməkdaşlığının işıqlandırılması idi.
Təlim zamanı "Zaqatala" Qadın Futbol Klubunun üzvlərinə sağlam həyat tərzi (saglam qidalanma, idmanla məşğul olmağın xeyirli tərəfləri, zərərli vərdişlər, erkən nikahların mənfi tərəfləri) və uşaq haqları haqqında ətraflı məlumatlar verilib. Təlimin növbəti günü liqanın qızları təlimdən öyrəndikləri məlumatları öz həmyaşıdlarına çatdırmış və təlimçi Aydın Xəlilovla birlikdə bir çox maraqlı tapşırıqlar da yerinə yetiriblər.
