20 noyabr 2012 14:01
Neftçi – Partizan oyununa 4150 bilet satılıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" (Serbiya) matçı üçün bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq biletlərin 4150 ədədi satılıb.
Məlumatı “Neftçi”nin rəsmi saytı yayıb. Amma oyun gününə qədər bu göstəricinin daha da yaxşılaşacağı şübhəsizdi.
Xatırladaq ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına stadionun kassalarından və "Park Bulvar" ticarət mərkəzindən ala bilərlər. Bilet satışı barədə klub tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcək.
