20 noyabr 2012 14:37

Ramiz Məmmədov: Paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram

 
Premyer Liqanın 13-cü turunda “Qəbələ” doğma divarlar arasında “Kəpəz” məğlub etməklə uğurlu seriyanı davam etdirdi. Azerisport.az xəbər verir ki, ardıcıl qələbələrinin sayını 3-ə çatdıran “qırmızı-qaralar”ın bu uğurunda sözsüz ki, baş məşqçi Ramiz Məmmədovun rolu danılmazdı. Cəzalı olduğu üçün texniki zonaya buraxılmayan və komandasını kənardan idarə edən mütəxəssis qarşılaşmadan sonra fikirlərini bölüşüb:
 
“Ağır oyun olacağını bilirdik. Əvvəl də demişdim, indi də təkrar edirəm – çempionatda zəif komanda yoxdu. Mahmud Qurbanovun “Kəpəz”ə baş məşqçi təyin olunmasından sonra komandanın oyununda yüksəliş hiss olunurdu. Gənc mütəxəssis çox əzmkar komanda yarada bilib. Bizimlə oyunun ilk hissəsində də nəyə qadir olduqlarını göstərdilər. Futbolçularımız birinci 45 dəqiqədə verilən tapşırıqların öhdəsindən lazımınca gələ bilmədilər. Bu səbəbdən fasilədə dəyişikliklər etdik. Sonradan oyuna daxil olan Şəhriyar Xəlilovun hücumlara qoşulması və Viktor Mendinin sonadək mübarizə aparması qələbədə həlledici amillərdən oldu. Bütün futbolçularımızı qələbə münasibətilə təbrik edirəm”.
 
Ramiz Məmmədov növbəti turda baş tutacaq “Rəvan” - “Qəbələ” matçı barədə də fikirlərini bildirib:
 
“Paytaxta 3 xal qazanmaq hədəfi ilə yollanacağıq. Güclü bir rəqibə qarşı səfər oyunumuz olacaq. Kamal Alispahiç güclü komanda yaratmağı bacarıb. Maraqlı qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşıb, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.