20 noyabr 2012 14:59
“Neftçinin ilk qələbəsini qazanması üçün əla şansı var”
“Rəvan”ın serbiyalı müdafiəçisi Miloş Zeçeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin “Partizan”a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Neftçi” Belqradda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Onlar səfərdə yaxşı nəticə qazandılar. Fikrimcə, bakılıların doğma meydanda qələbə qazanmaq şansı daha çoxdu. “Partizan” son turda “Crvena Zvezda”ya uduzdu. Əzəli rəqibinə məğlubiyyətdən sonra bu komandadakı atmosfer yəqin ki, bir o qədər də yaxşı deyil. Bu, “Neftçi”yə fayda gətirə bilər”.
Belqradda keçirilən oyunda Zeçeviçin həmyerliləri “Neftçi”yə, xüsusilə komandamızın serb qapıçısı Saşa Stamenkoviçə qarşı heç də yaxşı qonaqpərvərlik nümayiş etdirməmişdilər. Çünki Saşa vaxtilə “Crvena Zvezda”da top qovub. “Rəvan”ın kapitanı isə bunun Serbiyada normal hal olduğunu deyir:
“Serbiyada bir klubun futbolçusunun digərinə keçməsi tez-tez olur. Əksər hallarda da azarkeşlər buna sərt reaksiya göstərirlər. Belqradın iki böyük klubu arasındakı münasibətlər isə daha ağır olub. Yəqin ki, “Neftçi”nin azarkeşləri “Partizan”la oyunda komandalarına dəstək nümayiş etdirəcəklər. Bakılıların qrup mərhələsindəki ilk qələbəsini qazanması üçün əla şansı var. Azarkeşlər belə bir anda komandalarını yalnız qoymamalıdılar”.