20 noyabr 2012 16:08
U-17 Polşada, U-19 Avstriyada mübarizə aparacaq
Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində 17 və 19 yaşadək qızlardan ibarət yığma komandalarımızın Avropa çempionatının ilkin seçmə mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq hər iki yığmamızın oyunlarının keçiriləcəyi ölkələr bəllidi:
U-17. VIII qrup: Avstriya, Polşa, Qazaxıstan, Azərbaycan
Oyunlar 2013-cü il 2-7 avqust tarixlərində Polşada keçiriləcək.
U-19. I qrup: Avstriya, İsrail, Xorvatiya, Azərbaycan
Oyunlar 2013-cü il 21-26 sentyabr tarixlərində Avstriyada keçiriləcək.
