20 noyabr 2012 16:34
Vermezoviç: Artıq Neftçi ilə oyuna köklənməliyik
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Super Liqanın son turunun “Crvena Zvezda” ilə oyunundan (2:3) sonra bunları dilə gətirib:
“Bizim hələ “Crvena Zvezda”dan beş xallıq fərqimiz var. Onlarla daha bir oyunumuz olacaq. İndi isə bu məğlubiyyəti unutmaq istəyirik. Çünki bizi “Neftçi” ilə çətin səfər matçı gözləyir. Artıq bu oyuna kökləməyimiz lazımdı”.

Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.