20 noyabr 2012 16:45

Stepan Polyak: Qarabağla oyunda taktikamız özünü doğrultmadı

 
“Simurq”un xorvatiyalı yarımmüdafiəçisi Stepan Polyak Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ”la oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ”a məğlubiyyət haqda nə deyə bilərsiz?
- Matçın ilk 30 dəqiqəsi bizim üçün çox çətin alındı. Elə iki qolu da məhz həmin vaxt ərzində buraxdıq. Bütövlükdə, birinci hissəni yaxşı keçirmədik. İki qol buraxandan sonra nəyisə dəyişmək isə çox çətin idi. Özü də belə bir rəqiblə qarşılaşmada.
 
- Amma ikinci hissədə “Simurq”un oyunu daha yaxşı alınmağa başladı...
- Bəli, xüsusilə fasilədən sonrakı ilk 10-15-ci dəqiqədə rəqibi qapısına sıxışdırmağa nail olduq. Hətta hesab arasındakı fərqi azaltmağı da bacardıq. Lakin hesabı xeyrimizə dəyişmək istəyimiz alınmadı. Bu da dediyim kimi, rəqibin daha güclü olması ilə bağlı idi.

- Deməli, “Qarabağ”ın qələbəsi tamamilə ədalətlidi?
- Onlar daha layiqli oynadılar və qələbələri də ədalətli sayılmalıdı.
 
- Onda belə çıxır ki, komandanızın səhvlərindən danışmaq da mənasızdı?
- Təbii ki, biz bu komandanı məğlub edəcək gücdəyik. Sadəcə, bizim bu oyun üçün seçdiyimiz taktika özünü doğrultmadı. Məsələ burasındadı ki, birinci hissədə biz beş müdafiəçi ilə oynayırdıq. Fasilədən sonra isə müdafiəçilərin sayını dördə endirib, yarımmüdafiəçilərin sayını artırdıq. Nəticədə komanda daha yaxşı oynamağa başladı. Amma artıq iş-işdən keçmişdi.
 
- “İnter”ə məğlubiyyətdən sonra “Simurq” artıq beş turdu qələbə qazana bilmir...
- Son turlarda biz məhz birinci hissədə çox pis oynamağa başlamışıq. Məsələn, “Neftçi” ilə görüşün ilk dəqiqələrində qol buraxdıq. Bunun ardından nəsə etmək çətinləşdi. Əlbəttə, uğursuzluq seriyası ilə üzləşməyimiz çox pisdi. Bizə sadəcə bir qələbə lazımdı ki, komandanın özünəinamı geri qayıtsın.
 
- Növbəti turda Zaqatala klubunu məhz “İnter”lə oyun gözləyir...
- Əgər uğursuz seriya “İnter”lə başlayıbsa, elə bu komanda ilə oyunda bitməlidi. Ümid edirəm ki, qələbə qazanarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.