20 noyabr 2012 17:04

Vurğun Hüseynovdan şad xəbər (FOTO)

 
Almaniyada müalicəsini davam etdirən “Qəbələ” nin müdafiəçisi Vurğun Hüseynov zədəsini sağaltmaq üzrədi. Azerisport.az xəbər verir ki, bu barədə futbolçu klubun saytına açıqlamasında bildirib.
 
Qasıq nahiyəsindəki ağrılardan əziyyət  çəkən 24 yaşlı müdafiəçi müalicə prosesinin istənilən kimi getdiyini yaxın vaxtlarda zədəsini tam bərpa edərək vətənə dönəcəyini söyləyib:
 
“Müalicəm çox yaxşı gedir və tamamlanmaq üzrədir. Müalicə ilə yanaşı gündəlik fiziki məşqlər də keçirəm. Həkimlərin rəyinə görə yaxın günlərdə tam fiziki hazır olacam. Futbol və komandamız üçün darıxmışam. Tezliklə Qəbələyə qayıdıb məşqlərdə iştirak etmək və komandamıza yardımçı olmaq istəyirəm”.
 
Xatırladaq ki, Vurğun birinci dəfə sentyabrda Almaniyada müayinədən keçmişdi. Həmin vaxt vətənə qayıtdıqdan sonra xüsusi proqram əsasında çalışan Hüseynov oktyabrın sonlarında bərpa-müalicəvi prosesin axırıncı mərhələsini keçmək üçün Almaniyaya üz tutub. O, təcrübəli həkimlərin və məşqçilərin nəzarəti altında hər gün 90 dəqiqə məşq edir. Məşqin 90 dəqiqə təyin olunması xüsusi əhəmiyyət daşıyır ki, bu da oyun müddətinin məhz bu qədər olması ilə bağlıdır. 
Qeyd edək ki, çempionatın əvvəlində zədələnən Vurğun artıq 9 turdur “Qəbələ”yə kömək edə bilmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.