20 noyabr 2012 18:24

“Səkkiz dəfə 0:1 hesabı ilə uduzmaqdansa, bir dəfə 1:8 yenilmək yaxşıdı”

 
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov azerisport.az saytının suallarını cavablandırıb.

- Sizə elə gəlmir ki, yaxın gələcəkdə biz artıq Gəncə və Tovuzdan yaxşı futbolçuların çıxmasının şahidi olmayacağıq. Çünki bu zonalarda heç uşaq futbol məktəbləri də yoxdu...
- Əlbəttə, futbolda infrastruktur vacib amildi. Amma hər şey demək deyil. Guya Tovuzda əvvəllər supermeydançalar olub? Buna baxmayaraq, ordan Əfran İsmayılov, Elvin Məmmədov daha neçə-neçə futbolçular çıxıb.

- Həmin İsmayılov indi pula görə “Qarabağ”dan getməkdə ittiham olunur...
- Hə qədər ki, ümumi sistem yoxdu, belə söhbətlər olacaq. Futbolçu ümumiyyətlə klublarla danışıqlar aparmamalı, belə şeyləri şərh etməməlidi. Bütün bunlarla menecerlər məşğul olmalıdılar. Futbolçunun bircə işi ola bilər – futbol oynamaq. İndiki halda isə bu söhbətləri 5-6 ay öncədən ortaya atmamaq lazımdı. Ən yaxşı halda bir neçə həftə qalmış danışıqlara başlamaq olar.
 
- Ümumiyyətlə, hansısa futbolçunun özünü göstərməyə başladığı bir vaxtda başqa kluba keçmək istəməsi düzdü?
- Futbolçunun hər mövsüm komanda dəyişməsi düz deyil. Amma eyni zamanda bir insanın daha çox qazanmaq istəməsində də utandırıcı heç nə yoxdu. Əgər sizə azerisport.az-dan daha çox pul təklif etsələr, getməzsiz?
 
- Bəzi keçidlərin kökündə heç də maliyyə amili dayanmır...
- Biz də İsmayılovun “Qarabağ”dan niyə getmək fikrinə düşdüyünü bilmirik. Yəqin ki, başqa kiçik məqamlar var. Əfran yaxşı futbolçudu. Amma mən istərdim ki, bizim futbolçular yerli klublara yox, Türkiyə, Rusiya və onlardan da güclü çempionatları olan ölkələrdə oynamağa can atsınlar. Hansı ki, orda daha çox pul verirlər, səviyyə daha yüksəkdi. Bu, yığmamıza da faydalı olar.
 
- “Sumqayıt”ın “Neftçi”yə 1:8 hesablı yenilgisi barədə nə deyə bilərsiz?
- Komanda qələbə qazanır, tərifləyirik, amma bircə dəfə məğlub olan kimi tənqid etməyə başlayırıq. Sumqayıtın komandasının Premyer Liqada iştirakı məni çox sevindirir. Orda baza tikilməsi, yeni stadionun inşası da sevindirici məqamlardandı. Uşaq futbol məktəbi inkişaf edir. Bu komandanın üzvü Orxan Əliyevin “Porto”da baxışda olması da məni sevindirir. Komandada yığmanın futbolçularından Səlahət Ağayev, Uğur Pamuk çıxış edir. Ruslan Qurbanovla Orxan Əliyev də yaxın gələcəkdə əsas millinin üzvlərinə çevriləcəklər. Bütün bunlar nədənsə xəbər verir.

- Amma 1:8 hesablı yenilgi ilə hər gün rastlaşmırsan...
- Bu, sadəcə bir oyunun nəticəsidi. “Sumqayıt” bu mövsüm “Neftçi”ni, “Bakı”nı məğlub edən, “Xəzər Lənkəran”dan xal alan komandadı. Səkkiz dəfə 0:1 hesabıyla uduzmaqdansa, bir dəfə 1:8 uduzmaq yaxşıdı. Bunu faciəyə çevirmək mənasızdı. Görünür, sadəcə bu oyuna pis hazırlaşıblar, yaxşı köklənə bilməyiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.