20 noyabr 2012 18:31

Premyer Liqada 70-ci qələbə

 
Topaz Premyer Liqasının 13-cü turunda “Kəpəz”i qəbul edən “Qəbələ” qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrıldı. Azerisport.az xəbər verir ki, ardıcıl 3-cü qələbəsini qazanan Ramiz Məmmədovun yetirmələri mövsümdə ən uğurlu seriyalarına imza atdı.
 
Komandanın sonuncu dəfə belə uğurlu seriyasına ötən mövsüm təsadüf olunmuşdu. 2011/12 mövsümündə təsnifat mərhələsinin 19-21-ci turlarında “Qəbələ” ardıcıl 3 qələbə qazanmışdı. Bu dəfəki seriyanın daha bir özəlliyi hər 3 matçda komandanın 3 xalı 2 qolla qazanmasıdır. 
 
- Gəncəlilərlə qarşılaşmadakı qələbə Premyer Liqada 70-ci – yubiley uğuru olub. “Qəbələ” 2006/07 mövsümündə 4, 2007/08-də 11, 2008/09-da 9, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 13, 2011/12-də 15, cari mövsümdə 5 qələbə qazanmaqla 70-ə çatıb. Komanda 70 qələbəni 185 matçda əldə edib.
 
- “Kəpəz”lə matçdakı qələbə həm də Ramiz Məmmədovun rəhbərliyi altında 30-cu ev qələbəsi oldu. Bu 63-cü qarşılaşmada gerçəkləşib.
 
- Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqada 25-ci ev qələbəsi isə 54-cü oyunda əldə olundu.
 
- Premyer Liqada “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçuların ilk “onluğ”unda dəyişiklik olub. Belə ki, Azər Həşimov siyahını tərk edib: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hər ikisi 60, Yaşar Abuzərov, Milan Antiç, Bruno da Silva, Nodar Məmmədov – hamısı 54.
 
- “Kəpəz”lə görüşdə hesabı açan Viktor Mendi Premyer Liqada 10-cu qolunu vurdu. Bununla da o, komandanın çempionatdakı oyunlarında ən azı 10 qol vuran 6-cı futbolçu oldu: Deon Barton – 15, Kənan Kərimov, Luiz Paulo Hilario, Vitali Balamestnı – hamısı 11, Viktor Mendi, Yannik Kamanan – hər ikisi 10.
 
- Bruno da Silva “Qəbələ”də 60-cı oyununu keçirdi. Bu matçların 54-ü çempionat, 6-sı kuboka təsadüf edib. 
 
- Klub tarixində ən çox oyun keçirən 10 futbolçunun siyahısından 2 futbolçu kənar düşüb. Bunlar Milan antiç və Turnike Aptsiauridir: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Azər Həşimov – 95, Lyubo Baranin – 90, Samir Zərgərov – 84, Əli İsmayılov – 82, Qoqa Beraya – 68, Vurğun Hüseynov – 67, Bruno da Silva – 60, Yaşar Abuzərov – 59.
 
- Ürfan Abbasov  “Qəbələ”də 25-ci oyununu keçirib. Bu matçların 23-ü çempionat, 2-si kubokda baş tutub.
 
- “Qəbələ”də 11-ci qolunu vuran Viktor Mendi klub tarixində ən məhsuldar futbolçular siyahısında irəliləyərək Rəşad Yusubova çatdı: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, Luiz Paulo Hilario, İbrahim Hüseynov, Vitali Balamestnı – hamısı 12, Viktor Mendi, Rəşad Yusubov – jər ikisi 11, Samir Zərgərov, Yannik Kamanan – hər ikisi 10.
 
- “Kəpəz”lə oyunda hakim qonaqların qapısına penalti təyin edib. Bu, Premyer Liqada “Qəbələ”nin lehinə verilən 25-ci 11 metrlik zərbə qərarı olub. Rəşad Abdullayev bu imkandan dəqiq istifadə edib. İlk dəfə penalti zərbəsini yerinə yetirən kapitan 14-cü futbolçu olub ki, 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Ümumilikdə isə 25 penaltidən 18-i qolla nəticələnib: Kənan Kərimov – 6 penalti (5-i dəqiq), Deon Barton – 4 (4), Samir Zərgərov – 3 (2), Tomaş Stolpa, Vüsal Qarayev, Anatoli Ostap, Asen Nikolov, Viktor Komlyonok, Serje Cehua, Rəşad Abdullayev – hamısı 1 (1), Vitali Balamestnı, İbrahim Hüseynov, Bruno da Silva - hər ikisi 1 (0), Yannik Kamanan – 2 (0)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.