20 noyabr 2012 18:42

Tiflis Dinamosu Qəbələyə gəlir

 
Gürcüstan futbolunun flaqmanı - Tiflis “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası sabah təlim-məşq məqsədilə Qəbələyə səfər edəcək. Azerisport.az xəbər verir ki, 4 günlük səfər müddətində qonşu ölkə təmsilçisi “Qəbələ”li həmyaşıdları ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
 
Qarşılaşmalar noyabrın 22-i və 24-ü saat 11:00-da baş tutacaq. “Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşacaq səfərin məqsədi ölkə çempionatında uğurlu çıxışını davam etdirən U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır. 
 
Xatırladaq ki, futbol ənənələri, uğurları və yetişdirdiyi futbolçularla diqqət çəkən “Dinamo”nun akademiyası Qafqazın ən yaxşı uşaq futbol məktəbi hesab olunur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.